Əsas məzmuna keç
Sərbəst İş

Təqdimat (slayd) hazırlanması

Seminar üçün təqdimat hazırlanması

Mövzunu və müəllimin tələblərini yazırsınız, biz məzmunu araşdırıb strukturlaşdırırıq və səliqəli slaydlar hazırlayırıq. Hazır təqdimatı PowerPoint (PPTX) və PDF formatında kabinetinizdən yükləyirsiniz.

  • Seminar
  • Sərbəst iş
  • Dərs təqdimatı
  • Kurs işinin müdafiəsi
  • Qrup layihəsi
  • Konfrans çıxışı
  • 24 saat ərzində hazır
  • 3 gün pulsuz kiçik düzəliş
  • Problem həll olunmasa, pul tam qaytarılır

Təqdimatda nələr olur

01

Məntiqli struktur

Titul slaydı, plan, əsas hissə və nəticə. Hər slaydda bir əsas fikir — çıxış edərkən rahat danışırsınız.

02

Mövzuya uyğun məzmun

Qeydinizdəki tələblər (fənn, müəllimin istəkləri, slayd sayı) nəzərə alınır. Öz materialınızı da əlavə edə bilərsiniz.

03

Səliqəli dizayn

Oxunaqlı şrift, vahid rəng sxemi, yerində istifadə olunmuş şəkil və ikonlar. Pro paketdə qrafik, diaqram və xronologiyalar.

04

İki format

PPTX üzərində özünüz düzəliş edə bilərsiniz, PDF isə istənilən kompüterdə eyni görünür. Pro paketdə əlavə Word referat da var.

Qiymət

Qiymət əvvəlcədən bəllidir, əlavə ödəniş yoxdur. Ödəniş kartdan karta köçürmə ilə edilir.

Sadə

3AZN

Sürətli və sadə işlər üçün

Mövzunun əsas məqamları, səliqəli təqdimatda.

  • Əsas məzmun
  • Səliqəli, standart dizayn
  • PDF və PPTX formatında
  • 24 saat ərzində hazır
  • 3 gün ərzində pulsuz kiçik düzəlişlər

Pro

Tövsiyə olunur

5AZN

Daha professional təqdimat üçün

Premium dizayn, dərin məzmun və əlavə Word referat.

Təqdimat və yazılı referat — bir sifarişdə

  • Premium, fərdi dizayn
  • Qrafiklər, diaqramlar və xronologiyalar
  • Daha geniş və dərin məzmun
  • Word (DOCX) formatında yazılı referat
  • PDF və PPTX formatında
  • 24 saat ərzində hazır
  • 3 gün ərzində pulsuz kiçik düzəlişlər

TəciliTəcili Pro

Təqdimat bu gün lazımdır?

Təcili Pro: Pro paketin hər şeyi — premium dizayn, qrafiklər və Word referat — ödəniş təsdiqləndikdən sonra 3 saat ərzində.

  • 3 saat ərzində hazır
  • Premium, fərdi dizayn
  • Qrafiklər, diaqramlar və xronologiyalar
  • Daha geniş və dərin məzmun
  • Word (DOCX) formatında yazılı referat
  • PDF və PPTX formatında
  • 3 gün ərzində pulsuz kiçik düzəlişlər

3 saat ödəniş təsdiqləndikdən sonra hesablanır. Gecə göndərilən qəbzlər səhər yoxlanılır.

Sifariş verərkən nə yazmalı

Nə qədər dəqiq yazsanız, təqdimat müəllimin gözlədiyinə bir o qədər yaxın olur. Formada bunları qeyd edin:

  • Mövzunun tam adı (müəllimin verdiyi kimi)
  • Fənn və kurs (məs. “Beynəlxalq münasibətlər, 2-ci kurs”)
  • Slayd sayı və təqdimatın dili
  • Titul slaydına yazılacaq ad, soyad, qrup və müəllimin adı
  • Müəllimin xüsusi tələbləri: plan, ədəbiyyat siyahısı, mənbələr
  • Varsa, mühazirə qeydləri və ya tapşırıq faylı (Materiallar bölməsinə)

Necə işləyir

  1. Sifariş ver

    Paketi seçin, xəbərdarlığı təsdiqləyin, mövzunu və müəllimin tələblərini yazın.

  2. Ödəniş et

    Göstərilən karta məbləği köçürün. Sifariş nömrəsi ekranda olacaq.

  3. Qəbzi göndər

    Köçürmənin qəbzini (JPG, PNG və ya PDF) yükləyin. Ödəniş yoxlanılır.

  4. Hazır faylı əldə et

    İş hazır olanda faylları (PPTX, Word, Excel, PDF) kabinetinizdən yükləyin.

Tez-tez verilən suallar

Ödəniş, qəbz və digər suallar
Neçə slayd hazırlayırsınız?

Sifariş formasında slayd sayını 3-dən 60-a qədər özünüz göstərirsiniz. Boş buraxsanız, mövzuya və paketə uyğun optimal say seçilir.

Sadə yoxsa Pro — hansını seçim?

Qısa çıxış və ya tez lazım olan iş üçün Sadə kifayətdir. Müəllim dizayna və dərinliyə fikir verirsə, qrafik və diaqramlar lazımdırsa, ya da təqdimatla yanaşı yazılı referat da tələb olunursa, Pro seçin.

Təqdimatı özüm dəyişə bilərəmmi?

Bəli. PPTX faylını PowerPoint, Google Slides və ya Keynote-da açıb istədiyiniz kimi dəyişə bilərsiniz. Bundan əlavə, təhvildən sonra 3 gün ərzində kiçik düzəlişləri biz pulsuz edirik.

Rus və ya ingilis dilində təqdimat sifariş etmək olar?

Bəli. Formada təqdimatın dilini seçirsiniz: Azərbaycan, ingilis, türk və ya rus dili.

Mövzunuzu yazın — qalanını biz edək

Sifariş bir neçə dəqiqə çəkir. Ödəniş təsdiqləndikdən sonra 24 saat ərzində faylınız kabinetinizdə olur.